Azərbaycan güləşçiləri bürünc medal uğrunda yarışacaq

Bu gün Azərbaycanın daha iki qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda mübarizəyə qoşulub.

Komanda.az xəbər verir ki, əvvəlcə 57 kq çəki dərəcəsində Alyona Kolesnik 1/8 finalda İndoneziya təmsilçisi Anşu Anşu ilə üz-üzə gəlib və rəqibinə uduzub – 2:4.

65 kq-dakı Elis Manolova isə yarışa 1/4 finaldan başlayıb. O, moldovalı İrina Rinqaçiyə 0:6 hesabı ilə məğlub olub.

Buna baxmayaraq, hər iki güləşçinin uduzduğu idmançılar finala vəsiqə qazandıqlarından onlar bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaqlar.

Qeyd edək ki, qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) 1/4 finalda rusiyalı Lyubov Ovçarovaya uduzaraq mübarizəni dayandırıb. Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.

57 kq
1/8 final: Alyona Kolesnik – Anşu Anşu (İND) 2:4

65 kq
1/4 final: Elis Manolova – İrina Rinqaçi (MDA) – 0:6

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button