Azərbaycan gimnastları Macarıstana gedir

Azərbaycanın bədii gimnastika üzrə yığma komandası fevralın 19-da Macarıstanın Budapeşt şəhərində start götürəcək ənənəvi beynəlxalq “Gracia Fair Cup”a qatılacaq.

Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, üç gün davam edəcək yarışa fərdi və qrup hərəkətləri üzrə komanda üzvləri yollanıblar.

Fərdi növlərdə böyüklər arasında İlona Zeynalova, gənclər arasında Gövhər İbrahimova mübarizə aparacaq.

Böyüklər arasında qrup hərəkətləri üzrə yarışlarda yığmanın ikinci heyəti – Nigar Xankişiyeva, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Fidan Yusifzadə, Səkinə İbrahimbəyli çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button