Azərbaycan futzalçılarından 10:2 hesablı qələbə

Xorvatiyanın Split şəhərində keçirilən tələbələr arasında futzal üzrə Avropa çempionatında 2-ci turun görüşləri olub.

Komanda.az xəbər verir ki, yarışda iştirak edən ASAPES-in (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) kişilərdən ibarət komandası Böyük Britaniyanın “Bristol Universiteti” kollektivinə 10:2 hesabı ilə qalib gəlib.

Məlumat üçün bildirək ki, ilk turda futzalçılarımız Finlandiyanın “Jivaskila Universitet” komandasına 2:3 hesabı ilə uduzmuşdu.

Reqlamentə əsasən, 5 komandalı qrupda yer alan ASAPES kollektivi 1/4 finala çıxmaq üçün qrupda ilk 2 yerdən birini tutmalıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button