Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin bürünc medalını qazandı
Azərbaycan cüdoçusu Kamran Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü üçüncü yer uğrunda mübarizədə digər komanda yoldaşı Ruslan Paşayevlə qarşılaşıb.
Rəqibini üstələyən Süleymanov Azərbaycana yarışda ilk medalı qazandırıb.
Kişilərin yarışında Əhməd Yusifov (60 kq) üçüncülük uğrunda görüşdə Yeldos Smetova (Qazaxıstan) uduzub.
Qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) türkiyəli Tucer Bederə yenilib.
Turnirin qalibləri 1000, gümüş və bürünc medalçılar isə müvafiq olaraq 700 və 500 reytinq xalı qazanacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin