Azərbaycan cüdoçularından qran-prinin ilk günündə 3 medal
Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə qran-pri turnirində ilk günə yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk gündə Azərbaycan cüdoçuları 3 medal qazanıblar.
Yaşar Nəcəfov (66 kq) bürünc medal uğrunda görüşdə türkmənistanlı Hakim Ağaməmmədovla qarşılaşmadan qalib ayrılmaqla üçüncü olub.
Finala qədər irəliləyən qadın cüdoçumuz Gültac Məmmədəliyeva (52 kq) həlledici görüşdə neytral statusda çıxış edən Alesya Kuznetsovaya uduzaraq gümüş medal qazanıb.
Finala çıxan digər cüdoçumuz – Turan Bayramov (60 kq) da qızıl medal uğrunda qarşılaşmada neytral statusda güləşən Ramazan Abdullayevə uduzub və ikinci yerlə kifayətlənib.
Yarışın ilk günündə Azərbaycan millisinin ümumilikdə 7 üzvü tatami üzərinə çıxıb. Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq), Rövşən Əliyev (60 kq) və Ruslan Paşayev (66 kq) turniri medalsız başa vurublar.
Bizi Facebook-da izləyin