Azərbaycan “Böyük Dəbilqə”də bir medalla kifayətləndi

Astanada (Qazaxıstan) keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin son günündə Azərbaycan yığmasının beş idmançısı tatamiyə çıxıb.

Komanda.az xəbər verir ki, Vüqar Talıbov (90 kq) kanadalı Lui Krober-Qaqnon və Mənsur Lorsanovu (neytral idmançı) məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə Aksel Klergeyə (Fransa) uduzub. Ardınca Teodoros Tselidisə (Yunanıstan) məğlub olan Vüqar yeddinci yerlə kifayətlənib.

Elcan Hacıyev (90 kq) rumıniyalı Aleks Kretunu məğlub etsə də, daha sonra Hüseyn Xalmurzayevə (neytral idmançı) məğlub olub.

Aslan Mirzəyev (100 kq) öncə Bekzat Şaqatayevi (Qazaxıstan) yenib. Lakin bundan sonra o, Xorvatiyadan olan Zlatko Kumriçə məğlub olub.

Uşanqi Kokauri (+100 kq) startdaca Yonas Freyberə (Almaniya) uduzub. Camal Qamzatxanov (+100 kq) isə Valeri Yendovitskiyə (neytral idmançı ) məğlub olub.

Beləliklə, millimiz yarışı bir bürünc mükafatla başa vurub.

Qeyd edək ki, Azərbaycan komandasına yeganə medalı Gültac Məmmədəliyeva (52 kq) qazandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button