Azərbaycan boksçusu mundiala qələbə ilə başladı
Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib.
Komanda.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.
Mundialda debüt edən Amin Kuşkov mübarizəyə 1/32 final mərhələsindən başlayıb. Təmsilçimiz türkmənistanlı Nursahat Pazziyevlə qarşılaşıb. Döyüş Kuşkovun 4:1 (30:26, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb. O, növbəti mərhələdə ilk qarşılaşmadan azad olan rusiyalı Qleb Bakşi ilə döyüşəcək. Görüş sentyabrın 14-də baş tutacaq.
Qeyd edək ki, milli üzvlərindən sabah rinqə çıxan olmayacaq. Yarışın üçüncü günündə isə Tayfur Əliyev (57 kq) Tiaqo Puqno (İsveçrə) ilə qüvvəsini sınayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin