Azərbaycan boksçusu DÇ-də mərhələ adladı

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, mundialın üçüncü günündə Azərbaycan millisinin daha bir üzvü mübarizəyə qoşulub.

57 kq çəkidə qüvvəsini sınayan boksçumuz Tayfur Əliyev 1/32 final mərhələsində Tiaqo Puqno (İsveçrə) ilə üz-üzə gəlib. Döyüş təmsilçimizin asan qələbəsi ilə yekunlaşıb – 5:0 (30:27, 30:25, 30:26, 30:25, 30:26).

Əliyev 1/16 finalda ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşacaq. Görüş sentyabrın 15-də keçiriləcək.

Qeyd edək ki, milli üzvlərindən Amin Kuşkov (75 kq) da 2 gün öncə ilk döyüşünü qələbə ilə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button