Azərbaycan boksçusu DÇ-də erməniyə rəqib oldu

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Nicat Hüseynov yarışın yarımfinalına vəsiqə qazanıb.

49 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/2 finala gedən yolda macarıstanlı Levent Eqedusu mundialdan kənarlaşdırıb. Hüseynov rəqibinə 5:0 (30:25, 30:25, 29:27, 30:26, 30:24) hesabı ilə qalib gəlib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Boksçumuz finala vəsiqə üçün rusiyalı Robert Bədəlyanla qarşılaşacaq.

Hüseynovdan fərqli, millimizin digər boksçuları Əli Zamanov (52 kq), Əzrək Bəbirov (56 kq) və Murad Allahverdiyev (81 kq) birinciliyi 5-ci yerdə bitiriblər. Onlar 1/4 finalda müvafiq olaraq, Yevgeni Jorov, Aleksey Şendrik (hər ikisi Rusiya) və Denis Şalabaya (Ukrayna) uduzublar.

Qeyd edək ki, yarımfinal döyüşləri aprelin 20-də, final qarşılaşmaları isə ayın 23-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button