Azərbaycan boksçusu AÇ-nin 1/4 finalında

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisinin daha 4 üzvü mübarizəyə qoşulub.

Yığma üzvlərindən Murad Allahverdiyev Stoil Stanoyevlə (Bolqarıstan) qarşılaşıb. 81 kq çəkidə rinqə çıxan boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda belaruslu Raman Kazyankovla döyüşəcək. Görüş sentyabrın 8-nə təsadüf edəcək.

Allahverdiyevdən fərqli, İqor Platov (75 kq) Valeri Razmeritaya (Moldova), Ruslan Qədirov (49 kq) Uiliam Hevittə (İngiltərə) və Fuad Cəfərov (+91 kq) Viçenzo Fiasçettiyə (İtaliya) məğlub olub.

Bu gün rinqə Azərbaycan millisinin 3 boksçusu çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button