Azərbaycan boksçuları Rusiyadakı turniri 4 medalla başa vurub
Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” Beynəlxalq İdman Oyunlarında boks yarışları başa çatıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, milli komandamız turniri 4 medalla başa vurub.
Yarışın son günündə Nihad Qasımov (48 kq) gümüş medala yiyələnib.
Ondan əvvəl isə Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) 3-cü yeri tutublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin