Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycanın yeniyetmə boksçuları Tacikistanın paytaxtı Düşənbədə keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

Azərbaycan Boks Federasiyasından Komanda.az-a verilən məlumata görə, yığma 1 qızıl, 1 gümüş, 2 bürünc medal əldə edib.

4 ölkənin (Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan) ümumilikdə 155 idmançısının qatıldığı yarışda Məhəmməd Cəfərov (+80 kq) turnirin qalibi olub. Əli Baxışov (50 kq) ikinci, Məhəmmədəli Məmmədli (48 kq) və Bağır Əmirxanlı (50 kq) üçüncü yeri tutublar. Komandaya məşqçilər Ayaz Baxşıyev və Zaur Məmmədov rəhbərlik ediblər.

Azərbaycanlı referi Elxan Quliyev isə yarışın ən yaxşı hakimi seçilib.

Azərbaycan boksçuları Bakıya bu gün qayıdacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button