Azərbaycan millisi Türkiyəyə gedir

Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandası mərkəzində son məşqinə çıxıb. Komanda hazırlığı Türkiyənin Ərzurum şəhərində yekunlaşdıracaq.

Boks federasiyasından Komanda.az-a verilən məlumata görə, boksçular səfərə aprelin 2-də yollanacaqlar. Milli Ərzurumda Türkiyə yığması ilə birgə təlim-məşq toplanışı keçəcək və bu, ayın 10-dək davam edəcək. Aprelin 11-də isə komanda Avropa birinciliyinin təşkil olunacağı Bolqarıstanın paytaxtı Sofiyaya yola düşəcək.

Yığmanın baş məşqçisi Elbrus Rzayevin sözlərinə görə, qitə birinciliyində Azərbaycanın idman şərəfini qoruyacaq boksçuların adlarına hazırlıq bitdikdən sonra aydınlıq gələcək. O, fiziki və texniki-taktiki çalışmaların, demək olar ki, yekunlaşdığını, Ərzurumda isə daha çox fərdi məşqlərə üstünlük verəcəyini deyib:

“Məşqlərimiz yüksək səviyyədə keçib. 50-dək boksçu arasında seçim etmişik. Avropa birinciliyində tam heyətlə – 13 boksçu ilə təmsil olunacağıq. Lakin bəzi çəki dərəcələrində yekun qərarı hələlik verməmişik. Boksçuların adları Türkiyədəki toplanışdan sonra dəqiqləşəcək. Ərzurumda gündə 2, bəzi günlərdə 1 dəfə məşq edəcəyik. Orada əsas diqqət fərdi hazırlığa yönələcək. Həmçinin sınaq döyüşləri də keçirib, bir daha taktiki-texniki hazırlığa diqqət yetirəcəyik. Hədəfimiz Avropa birinciliyində uğurlu çıxış və inamlı qələbələrdir”.

Avropa birinciliyi aprelin 13-22-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button