Azərbaycan birinciliyinin fərdi yarışları başa çatdı

Cüdo üzrə 18 yaşa qədər yeniyetmələr arasında Azərbaycan birinciliyinin fərdi yarışlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, yarış Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

16-18 yanvarda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər müəyyənləşib. 96 klub, cəmiyyət və idman təşkilatından olan 663 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Fərdi yarışların sonuncu günündə oğlanlar arasında -55 kq., -73 kq. və +90 kq. çəki dərəcələrində, qızlar arasında isə -44 kq., -57 kq. və +70 kq. çəki dərəcələrində mükafatçılar bəlli olub.

Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 2-ci yerə Çempion 74 İdman Klubu, 3-cü yerə isə Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi layiq görülüb. 29 komanda müxtəlif əyarlı medal qazanıb.

Birinciliyin komanda yarışları isə 19 yanvarda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button