Azərbaycan avarçəkəni dünya kubokunda 4-cü oldu
İsveçrənin Lutsern şəhərində təşkil olunmuş akademik avarçəkmə üzrə dünya kubokunun 3-cü mərhələsi başa çatıb.
Komanda.az xəbər verir ki, sonuncu mərhələ olan bu turnirdə Azərbaycanı Diana Dimçenko təmsil edib.
Dimçenko bir nəfərlik akademik qayıqda 2000 metr məsafəyə yarışlarda mübarizə aparıb.
Təsnifat mərhələsində uğurlu çıxış edən Diana Dimçenko 07:31.31 dəqiqə nəticə ilə finiş xəttinə ikinci çatıb. Yalnız avstraliyalı Tara Riqnidən (07:29.64) geri qalan təmsilçimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Yarımfinalda da avarçəkənimiz ikinci yeri təmin edib. O, finiş xəttini 07.29.87 dəqiqəyə keçərək əsas final olan A finalında çıxış etmək hüququ qazanıb.
Diana finalda 2000 metr məsafəni 07.31.84 dəqiqəyə qət edib. Bununla da Diana Dimçenko dünya kubokunda 4-cü yerə sahib olub. Almaniyalı Aleksandra Foster bütün rəqiblərini qabaqlayıb. Avstraliyalı Tara Riqni 2-ci, Canin Qmelin isə üçüncü yer tutub.
Bizi Facebook-da izləyin