Azərbaycan avarçəkəni “Çağırış Kuboku-2023” reqatasının qalibi oldu
Azərbaycan avarçəkəni Diana Dımçenko Monakoda şahzadə II Albertin şərəfinə təşkil edilən sahil avarçəkməsi üzrə “Çağırış Kuboku-2023” reqatasının qalibi olub.
Komanda.az xəbər verir ki, o, qarışıq 4 nəfərlik qayıqda avstriyalı Maqdalena Lobrinq, ABŞ idmançıları Kris Bak və Kori Rocerslə birgə mübarizə aparıb.
4000 metr məsafəyə yürüşdə Dımçenkonun komandası finiş xəttinə hamıdan birinci çataraq çempionluğu qazanıb.
Sayca 18-ci dəfə təşkil edilən turnirdə 18 ölkədən 22 komandanın tərkibində 110 idmançı çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin