Azərbaycan ağırlıqqaldıranı qran-pridə iştirak edib 

Azərbaycan ağırlıqqaldıranı Ömər Cavadov Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 2-ci qran-prisində çıxış edib.

Komanda.az AAF-a istinadən xəbər verir ki, idmançı B qrupunda mübarizə aparıb.

O, 73 kq çəki dərəcəsində toplam 312 kq (146+166) nəticə göstərib. Cavadovun yekun sıralamada tutduğu yer A qrupundakı çıxışlar bitəndən sonra bilinəcək.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Qran-pridə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button