Kapitan üzr istədi
“Atletiko”nun kapitanı Koke kral kubokunun yarımfinalının cavab oyununda “Atletik”ə dağıdıcı məğlubiyyəti (0:3) şərh edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu azarkeşlərdən üzr istəyib:
“Ağır gün oldu. Oyun planımız var idi, amma buna uyğun deyildik. Azarkeşlərimizdən üzr istəyirik. Bundan sonra mübarizəni çempionatda və Çempionlar Liqasında davam etdirəcəyik”.
Yarımfinalda “Atletik” “Atletiko”nu ümumi hesabda (1:0 və 3:0) məğlub edib.
Finalda “Atletik” yarımfinalda “Real Sosyedad”ı ümumi hesabda (0:0 və 2:1) məğlub edən “Malyorka” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin