Azarkeşlər görüşmək istədi, “Kəpəz” rəhbərliyi polis çağırdı

Birinci divizionun 23-cü turu çərçivəsində bu gün səfərdə “Turan Tovuz”la qarşılaşan “Kəpəz” yenə qalib gəlməyib.

Komanda.az xəbər verir ki, qarşılaşma qolsuz başa çatıb.

“Kəpəz”in “Xəmsə” fan klubunun sosial şəbəkə hesabında yayılan məlumata görə, bir qrup nəticədən narazı azarkeş narazılığını bildirmək üçün stadiona gedib baş məşqçi və rəhbərliklə görüşmək istəyib.

Bunu eşidən rəhbərlik tənbəllik etməyərək polis çağırıb. Bu üzdən də azarkeşlərin komanda üzvləri ilə görüşü baş tutmayıb.

“Kəpəz” bu mövsüm 23 oyunda 24 xal toplaya bilib və turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button