Azarkeşlərə müraciət etdi – Baş məşqçiyə dəstək istədi
“İnter”in sabiq prezidenti Cakinto Fakkettinin oğlu Canfelis Fakketti “neradzurra”nın azarkeşlərinə müraciət edərək, baş məşqçi Simone İnzaqiyə dəstək istəyib.
Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, o, “İnter”i sevən hər kəsin İnzaqini dəstəkləməli olduğunu bildirib:
“İnter”in cari mövsümdəki çıxışı ilə bağlı hansısa ümumi qiymətləndirmə yalnız məşqçi üçün deyil, hər kəs üçün sonda verilməlidir. İnzaqi göstərdi ki, onun “İnter”də olması təsadüfi deyil. Onun ünvanına edilən çıxışlar həmişə başqalarının ünvanına ediləndən qat-qat sərt olur. Məsələn, “İnter”i çempionatda cəmi iki xal qabaqlayan Stefano Piolini götürək, o, İtaliya çempionlarını çalışdırır. Amma “Milan”la bağlı “İnter”dəki kimi söz-söhbət eşitməmişəm.
Bu gün kim həqiqətən “İnter”i sevirsə, İnzaqini dəstəkləməlidir”.
“İnter” 31 oyundan sonra 54 xalla İtaliya çempionatının turnir cədvəlində altıncı yerdədir.
Bizi Facebook-da izləyin