“Azərreyl” və “Neftçi”dən növbəti qələbə
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Komanda.az xəbər verir ki, günün ilk qarşılaşması “Azərreyl” və “Murov Az Terminal” klubları arasında olub.
GİN-in Voleybol Mərkəzində təşkil olunan görüş “Murov Az Terminal”ın üstünlüyü ilə başlayıb və komanda ilk hissədə 25:22 hesabı ilə qalib gəlib. Lakin bundan sonra təşəbbüsü ələ alaraq sonrakı setləri öz xeyrinə yekunlaşdıran “Azərreyl” yekunda 3:1 hesabı ilə qələbə qazanıb.
Günün digər oyunu isə “Murov Az Terminal” voleybol klubunun idman zalında keçirilib. MOİK və “Neftçi” komandalarının qarşılaşmasında da 3:1 hesabı qeydə alınıb. Görüşün qalibi Pərviz Səmədovun yetirmələri olub.
Beləliklə, “Azərreyl” 24 xalla (8 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal”ın 18 xalı (7 qələbə), “Neftçi”nin 19 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.
15 fevral
“Azərreyl” – “Murov Az Terminal” 3:1 (22:25, 25:19, 26:24, 25:21)
MOİK – “Neftçi” 1:3 (22:25, 25:23, 14:25, 17:25)
Bizi Facebook-da izləyin