Azərbaycanlı voleybolçu Macarıstan çempionu oldu
Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova “Vaşaş” klubu ilə növbəti uğuruna imza atıb.
Komanda.az xəbər verir ki, yığmamızın blokçusu 2021/22 mövsümündə MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turniri və ölkə kubokunun ardınca Macarıstan çempionu tituluna da yiyələnib.
Ayşənin şərəfini qoruduğu “Vaşaş” finalda “Bekeşçaba”nı məğlub edib. Abduləzimovanın komandası seriyanın 5-ci matçında 3:0 hesabı ilə qalib gələrək, ümumi hesabda rəqibini qabaqlayıb – 3:2.
Bununla da “Vaşaş” 7-ci dəfə Macarıstan çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin