Azərbaycanlı şahmatçı Birləşmiş Ərəb Əmirliklərindəki yarışda qalib olub
Azərbaycan şahmatçısı Aqşin Əlizadə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil edilən yarışda qalib olub.
Azərbaycan Şahmat Federasiyasından Komanda.az-a verilən məlumata görə, o, festivalın “Futures” turnirində birinci yeri tutub.
7,5 xal toplayan Əlizadə əlavə göstəricilərə görə bütün rəqiblərini qabaqlayıb. Turnirdə üçüncü yeri hesabında 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə tutub.
Şarjadakı “Masters” yarışında təmsilçilərimizdən ən yaxşı nəticə Aydın Süleymanlıya məxsusdur. O, 9 turda 6 xal toplamaqla turniri 10-cu yerdə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin