Azərbaycanlı idmançı Avropa çempionu oldu

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına yekun vurulub.

Komanda.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, yarışın son günü Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev final döyüşünə çıxıb.

+91 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçu, həlledici görüşdə almaniyalı Viktor Yurkla üz-üzə gəlib. Döyüş Abdullayevin aşkar üstünlüyü ilə keçib. O, 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gələrək, Avropa çempionu tituluna yiyələnib.

Beləliklə, Azərbaycan millisi qitə birinciliyini 1 qızıl və 2 bürünc medalla başa vurub. Abdullayevdən öncə Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) 3-cü yeri tutub.

Kişilərdən ibarət Azərbaycan millisi komanda hesabında 38 ölkə arasında 4-cü nəticəni göstərib. Yarışda qızıl medallar da məhz 4 millinin hesabındadır. Rusiya boksçuları 7 dəfə (7-0-0) çempionluq sevinci yaşadıqları halda, digər 3 ən yüksək əyarlı mükafat Bolqarıstan (1-1-0), Ukrayna (1-0-3) və Azərbaycan (1-0-2) idmançılarının payına düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button