Azərbaycanlı hakim Türkiyə və Almaniya klublarının oyununa təyinat aldı
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib.
Komanda.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov yanvarın 18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının D qrupunun matçını idarə edəcək.
Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fənərbaxça Opet” (Türkiyə) – “Alyans MTV Ştutqart” (Almaniya) klublarının qarşılaşmasında baş hakim olacaq.
Matçın ikinci hakimi funksiyasını rumıniyalı Paul Katalin Sabo-Aleksi yerinə yetirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin