Azərbaycanlı hakim Türkiyə millisinin oyununu idarə edəcək
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından növbəti dəfə təyinat alıb.
Komanda.az xəbər verir ki, o, kişi voleybolçular arasında “Qızıl Avropa Liqası”nda A qrupunda yer alan Türkiyə və Rumıniya yığmalarının qarşılaşmasını idarə edəcək.
Oyun iyunun 4-də Konya şəhərində keçiriləcək. Görüşdə ikinci hakim funksiyasını türkiyəli Burhan İlhan yerinə yetirəcək.
Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin