Azərbaycanlı hakim ÇL oyunlarını idarə edəcək
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib.
Komanda.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov oktyabrın 24-dən 26-a kimi Serbiyanın paytaxtı Belqradda kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ikinci qrupunun matçlarında hakimlik edəcək.
Zülfüqarov 3 gün davam edəcək oyunları bolqarıstanlı Konstantin Yovçevlə birgə idarə edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin