Azərbaycanlı boksçunun DÇ-də ilk rəqibi dəqiqləşdi
Azərbaycan boksçusu Mirşərif Kazımzadənin Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ilk rəqibi bəlli olub.
Komanda.az xəbər verir ki, 75 kq çəki dərəcəsində rinqə çıxacaq idmançı 1/16 finalda Soma Mesterlə (Macarıstan) gücünü yoxlayacaq.
Boksçumuzun rəqibinin adı bir gün öncə baş tutan döyüşlərdən sonra dəqiqləşib. 1/32 finalda Aaron Prinsi (Trinidad və Tobaqo) 4:1 hesabı ilə məğlub edən Macarıstan təmsilçisi mərhələ adladığından Kazımzadə ilə qarşılaşacaq. İlk mərhələdən azad olan boksçumuz Mesterlə oktyabrın 30-da döyüşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin