Azərbaycanlı boksçu beynəlxalq turnirdə yarımfinala yüksəlib
Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva Polşanın Pultusk şəhərində keçirilən beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb.
Komanda.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Asuteya Ausiuteni (Litva) 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib.
O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.
Allahverdiyeva finala gedən yolda fransalı Fatia Benmessahellə üz-üzə gələcək.
Yarışın qalibləri mayın 26-da bəlli olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin