Azərbaycanla Çexiyanın antidopinq qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə edilib 

Bakıda Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Çexiya Antidopinq Komitəsinin rəhbərliyi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

AMADA-dan Komanda.az-a verilən məlumata görə, tərəflər qadağan edilmiş vasitələrin və üsulların istifadəsinə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsinin aparılması məqsədilə anlaşma memorandumunun imzalanması imkanlarını müzakirə ediblər.

Hər iki tərəf antidopinq proqramlarının təkmilləşdirilməsinə yönəlmiş innovativ layihələr üzərində birgə fəaliyyətdə maraqlı olduğunu bildirib.

Görüşdə idmançılara və idmançı köməkçi heyətinə dərman vasitələrinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan edilmiş siyahısında olub-olmadığını yoxlamağa imkan verəcək mobil proqramın hazırlanmasına xüsusi diqqət yetirilib.

Bu proqram təmiz idmanın təmin edilməsində və idmançıları qadağan edilmiş maddələrin qəsdən istifadəsindən qorumaqda mühüm vasitə olacaq.

Çexiya Antidopinq Komitəsinin rəhbəri Martin Çizjek AMADA ilə əməkdaşlıq etmək imkanından məmnun olduqlarını bildirib.

AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev öz növbəsində bu tərəfdaşlıqda böyük potensial gördüklərini vurğulayıb:

“Mobil tətbiqin hazırlanması kimi innovativ yanaşmalar bizə antidopinq standartlarını yeni səviyyəyə qaldırmağa imkan verəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button