Azərbaycanın stolüstü tennisçisi Çexiyada “gümüş” qazandı

Azərbaycanın stolüstü tennisçisi Mərziyyə Nurmətova Çexiyanın Havirov şəhərində 15 və 17 yaşadək idmançılar arasıda keçirilən “Eurotalents Development Camp” turnirində gümüş medal qazanıb.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, o, yalnız finalda uduzaraq, fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Oğlanların mübarizəsində isə Adil Əhmədzadə 7-ci yerlə kifayətlənib.

Turnirdə Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri yarışıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button