Azərbaycanın millisi Avropa çempionatına hazırlığı başa vurdu
22 yaşadək kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2-ci təsnifat mərhələsinə hazırlığı başa vurub.
Komanda.az xəbər verir ki, aprelin 29-da Bakıda başlayan təlim-məşq tolanışı Türkiyədə yekunlaşıb.
Eldar Əliyevin baş məşqçi olduğu kollektiv paytaxt Ankarada yerli yığma ilə yoxlama oyunları keçirib. “Ay-ulduzlular”la keçirilən hər iki görüşdə rəqib qələbə qazanıb.
Qeyd edək ki, Avropa çempionatının 2-ci təsnifat mərhələsi 20 – 22 mayda Kosovoda keçiriləcək. Azərbaycan millisi Türkiyədən birbaşa sözügedən ölkəyə yollanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin