Azərbaycan klubu Avropa çempionatında ikinci yeri tutub

Azərbaycanın “Altay” taekvondo klubu Estoniyanın paytaxtı Tallində keçirilən klublararası Avropa çempionatında ikinci olub.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, yarışda ölkəmizi “Atlet” və “Mübariz” komandaları da təmsil ediblər.

Fateh Sultanlı (40 kq), Cahid İsmayılzadə (52 kq) və Fərid Məlikli (24 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Fərhad Məlikli (24 kq) gümüş, Əkbər Tağıyev (27 kq) və Əjdər Qalabəyov (36 kq) isə bürünc medal qazanıb.

“Altay” komanda hesabında iki qızıl medalla 2-ci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button