Azərbaycanın daha bir parataekvondoçusu medal qazanıb

Azərbaycanın daha bir parataekvondoçusu Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasından Komanda.az-a verilən məlumata görə, G4 kateqoriyalı beynəlxalq turnirin ikinci günündə Əbülfəz Abuzərli (80 kq, K-44) fəxri kürsüyə yüksəlib.

Federasiyasının dəstəyi ilə yarışda iştirak edən yığma üzvü bürünc medala yiyələnib. Bununla da komandanın turnirdə qazandığı mükafat sayı ikiyə çatıb. Abuzərlidən əvvəl İmaməddin Xəlilov (70 kq, K-44) çempion tituluna sahib olub.

Parataekvondo yığmamız Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button