Azərbaycanın daha bir milli komandası Ermənistana qarşı

23-28 iyul aralığında Albaniyanın Elbasan şəhərində 18 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatının C Divizionunun oyunları baş tutacaq.

Komanda.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimiz, Moldova və Ermənistan yığmalarına qarşı mübarizə aparacaq.

Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 24 iyulda, Bakı vaxtı ilə saat 18:00-da Moldova yığmasına qarşı olacaq.

Millimiz qrupda sonuncu oyununu isə 25 iyulda, saat 18:00-da Ermənistan seçməsinə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button