Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha bir cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Komanda.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi tatamiyə çıxacaq.
31 yaşlı idmançı 1/16 final mərhələsində Aleks Barto (Slovakiya)/Fransua Qotyer Drapau (Kanada) cütünün qalibi ilə üz-üzə gələcək.
Daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov, qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin