Azərbaycanın daha bir cüdoçusu “Böyük Dəbilqə”də medal qazandı

Azərbaycanın daha bir cüdoçusu Fransanın paytaxtı Parisdə təşkil olunan “Böyük Dəbilqə” turnirində fəxri kürsüyə yüksəlib.

Komanda.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev yarışın bürünc medalını qazanıb.

O, üçüncü yer uğrunda görüşdə Portuqaliya təmsilçisi Otari Kvantidzeyə qalib gəlib.

Bu gün Azərbaycanın digər cüdoçusu Ruslan Paşayev (66 kq) turnirin qızıl medalına sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button