Azərbaycanın 5 şahmatçısı yeni reytinq siyahısında irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2024-cü ilin ilk reytinq siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, Azərbaycanın 5 şahmatçısı yanvarın cədvəlində irəliləyib.

Şəhriyar Məmmədyarov hesabındakı 2726 əmsalla iki pillə irəliləyərək, 24-cü yerə yüksəlib. Teymur Rəcəbov (2723) mövqeyində (27) qalıb.

İlk “100-lük”dəki digər şahmatçımız Rauf Məmmədovda da irəliləmə müşahidə olunub. O, 2651 əmsalla 87-ci pilləyə yüksəlib. Nicat Abasov isə siyahını tərk edib.

Reytinqə son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2830) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2804) qərarlaşıb. Bu ölkənin digər qrossmeysteri Hikaru Nakamura (2788) ilk “üçlüy”ü qapayıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2449) 26-cı, Ülviyyə Fətəliyeva (2384) 64-cü pilləyə yüksəliblər. Gövhər Beydullayeva (2374) 77-ci yerdə qalıb. Gülnar Məmmədova (2351) 97-ci pilləyə irəliləyib. Xanım Balacayeva (2350) isə bir addım geriləyib – 99-cu yer.

Xanım şahmatçıların reytinqində birinci yer Hou İfana (Çin, 2632) məxsusdur. Hindistandan olan Humpi Koneru (2554) ikinci pilləyə yüksəlib. FIDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina (2553) üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button