Azərbaycandan UEFA-nı razı salan qərar – AÇ-nin oyunlarına azarkeş buraxılacaq

Futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkələr aprelin yeddisinə qədər əcnəbi azarkeşləri qəbul edib-edə bilməyəcəkləri ilə bağlı UEFA-ya qərarlarını bildirməli idilər.

Komanda.az xəbər verir ki, AÇ-2020-nin oyunları ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirələr aparılıb və rəsmi Bakı Avropa futbol qurumu qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirəcəyi dəqiqləşib.

Bura əcnəbi vətəndaşların Azərbaycana səfərinin təşkili, təhlükəsizlik, pandemiya ilə bağlı yeni qaydaların icrası və ona nəzarət kimi təşkilati məsələlər daxildir.

Məlumatda qeyd edilir ki, Bakı UEFA-nı ən çox razı salan qərar verib. Belə ki, Bakıdakı hər oyuna 50 faiz azarkeş buraxılacaq. Bəzi ev sahibi ölkələrdə bu rəqəm 10 faizə bərabər olub. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button