Azərbaycan yığmasının potensial rəqibləri bəlli oldu

İyunun 4-də Slovakiyanın Koşitse şəhərində start götürəcək mini futbol üzrə Avropa çempionatının püşkatma mərasimi üçün iştirakçı ölkələrin səbət bölgüsü müəyyənləşib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisi 4-cü səbətə düşüb.

Həmin səbətdə Portuqaliya, Yunanıstan, Gürcüstan, Fransa və Polşa da yer alıb.

Ümumilikdə komandalar hərəsində 6 yığma olmaqla 4 səbətə bölünüblər. Digər səbətlərin tərkibi belədir:

1-ci səbət
Slovakiya
Çexiya
Rumıniya
Qazaxıstan
Macarıstan
Monteneqro

2-ci səbət
Serbiya
İngiltərə
İspaniya
Ukrayna
Bolqarıstan
İtaliya

3-cü səbət
İsrail
Türkiyə
Avstriya
Moldova
Belçika
Albaniya

Avropa çempionatı iyunun 11-dək davam edəcək.

Martın 14-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button