Azərbaycan yığmasının “Böyük Dəbilqə” üçün heyəti açıqlandı

Cüdo üzrə Azərbaycan millisinin iyunun 16-da Qazaxıstanın paytaxtı Astanada start götürəcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, 3 gün davam edəcək turnirə 42 ölkədən 300-dən çox idmançı qatılacaq.

Azərbaycan millisi yarışda 9 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunacaq.

Kişi cüdoçulardan Kənan İsmayılov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Telman Vəliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev, Zelim Tçkayev (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Aslan Mirzəyev (100 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) qüvvəsini sınayacaq.

Qadınlardan isə Leyla Əliyeva, Ramilə Əliyeva (hər ikisi 48 kq), Aydan Vəliyeva və Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) medal qazanmağa çalışacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button