Azərbaycan yığması yoxlama görüşündə Qətərə qalib gəldi

Basketbol üzrə oğlanlardan ibarət Azərbaycanın U-18 millisi Türkiyənin İstanbul şəhərində Avropa çempionatına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışını yekunlaşdırıb.

Komanda.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Qətər U-18 millisi ilə son yoxlama oyununu keçirib.

Görüş yığmamızın 59:55 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi U-18 millimiz sabah Albaniyaya yola düşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button