Azərbaycan yığması yeni baş məşqçi ilə hazırlığa başladı
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.
Komanda.az xəbər verir ki, yeni baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Bakı Boks Mərkəzində keçir.
Gündə 2 dəfə təşkil olunan məşqlərə hər bir çəki dərəcəsindəki liderlər cəlb edilib. Noyabrın 21-də başa çatacaq toplanışda əsas məqsəd milli üzvlərinin hazırkı durumu ilə tanışlıq xarakteri daşıyır.
Hazırlığın ardınca Azərbaycan çempionatı başlayacaq və yarışın yekununa əsasən çalışdırıcı milli komandanın heyətini formalaşdıracaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin