Azərbaycan yığması Xorvatiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.

Komanda.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv Bakı İdman Sarayında baş tutan görüşdə rəqibinə 1:4 hesabı ilə uduzub.

Yığmanın yeganə qolunu Oktay Rüstəmli (21,5) vurub.

Millinin yer aldığı 5-ci qrupu Xorvatiya 18 xalla lider tamamlayıb. Yunanıstan 7 xalla ikinci, eyni xala malik İsveç üçüncü, Azərbaycan 2 xalla sonuncu – olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button