Azərbaycan yığması MDB oyunlarında çıxışını başa vurdu
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci MDB oyunlarında çıxışını başa vurub.
Komanda.az xəbər verir ki, İlqar Aslanovun baş məşqçi olduğu komanda son oyununda Rusiya yığması ilə üz-üzə gəlib.
Görüş rəqibin 7:1 hesablı qələbəsi ilə başa çatıb. Milli komandanın heyətində yeganə qolu Qüdrət Qasımzadə vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin