Azərbaycan yığması İsveçdə ilk məşqə çıxdı

Futzal üzrə Avropa çempionatının əsas mərhələsində İsveçlə qarşılaşacaq Azərbaycan millisi bu gün oyunun keçiriləcəyi “Helsinqborq Arena”da məşq edib.

Komanda.az xəbər verir ki, təxminən 90 dəqiqə davam edən hazılıq prosesi zamanı futzalçılar isinmə hərəkətlərindən sonra taktiki tapşırıqlar yerinə yetirib, standart vəziyyətlər üzərində işləyib.

İsveç – Azərbaycan oyunu aprelin 11-də, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button