Azərbaycan yığması dünya kubokuna yollandı

Azərbaycanlı paralimpiyaçılar Pauerliftinq üzrə Dünya kuboku yarışlarında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüblər.

Komanda.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin məlumatına görə, yarışlar6-13 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək. Dünya kuboku yarışları “Tokio 2020” yay paralimpiya oyunlarına lisenziya xalı qazandırır.

Yarışlarda Azərbaycanı idmançılar Şamo Aslanov, Nurlan Babacanov və Pərvin Məmmədov olmaqla 3 nəfər təmsil edir.

Yarışa yola düşməzdən öncə idmançılarla komitədə görüş keçirilib. İdmançıların fiziki və psixoloji hazırlığının yüksək olduğu qeyd olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button