Azərbaycan millisi beynəlxalq turnirə yollanır

Sentyabrın 19-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turnirinə start veriləcək. 

Federasiyadan Komanda.az-a verilən məlumata görə, yeniyetmələrdən ibarət Azərbaycan millisi bu yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunacaq. 

Oğlanların sentyabrın 19-dan 21-dək keçiriləcək yarışında böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarığını göstərəcək. 

Məşqçilər Elnur Hidayətzadə və Gülnarə İbrahimovanın rəhbərlik etdiyi qızlardan ibarət komanda isə sentyabrın 23-dən 25-dək davam edəcək turnirdə qüvvəsini sınayacaq. Qızların mübarizəsində Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaq. 

Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasova isə turnirin oyunlarını idarə edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button