Azərbaycan taekvondoçusu AÇ-də üçüncü oldu

Latviyanın paytaxtı Riqada gənc taekvondoçular arasında Olimpiya çəkiləri üzrə Avropa çempionatı keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandası yarışı 1 bürünc medalla başa vurub.

Məmməd Abdullayevin rəhbərlik etdiyi yığmada Zemfira Həsənzadə fəxri kürsüyə yüksəlib. 44 kq çəki dərəcəsində mübarizə aparan idmançı estoniyalı və polşalı rəqibini məğlub etsə də, yarımfinalda ispanla döyüşdə rəqib finala yüksəlib. Bu səbəbdən də Həsənzadə 3-cü yerlə kifayətlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button