
Azərbaycan taekvondoçuları Niderlanddakı yarışda daha 16 medal qazanıblar
Azərbaycanın yeniyetmə taekvondoçuları Niderlandın Eyndhoven şəhərində keçirilən 52-ci açıq çempionatın ikinci günündə 5 qızıl, 5 gümüş, 6 bürünc medal qazanıblar.
Komanda.az Taekvondo Federasiyasına istinadən xəbər verir ki, Sabir Məmmədli (33 kq), Rüqəyya Əliyeva (33 kq), Nicat Nadirov (41 kq), Yusif Nağızadə (57 kq) və Rəsul Cavadzadə (61 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Elmira Bayrak (41 kq), Musa Süleymanlı (37 kq), Əbil Mehralı (45 kq), Ədiş Cəlilov (49 kq), Gülnaz Abdullayeva (59 kq) gümüş, Mədinə Aslanlı (29 kq), Tapdıq Quluzadə (33 kq), Kənan Bayramlı (37 kq), Cavidan Heydərzadə (41 kq), Akif Əliyev (45 kq) və Saleh Heydərov (53 kq) isə bürünc medala yiyələniblər.
Yarışın birinci günündə Bəhruz Quluzadə (54 kq) və Eltac Qafarov (87 kq) üçüncü olublar.
Bizi Facebook-da izləyin